Nizami Kino Mərkəzinin ekranında üç yeni Amerika filmi FOTOLAR

Nizami Kino Mərkəzinin ekranında üç yeni Amerika filmi FOTOLAR

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan "Sağ qalmış", "Çirkin səkkizlik" və "Salam, ata, Yeni li" adlı filmlərin nümayişinə başlanıb. SİA-nın verdiyi xəbərə görə, "Sağ qalmış" filmini Mark L. Smitin ssenarisi əsasında rejissorAlexandro Qonsales İnyarritu, triller, vestern, macəra və dram janrında çəkib. Yaş məhdudiyyəti:18+

Amerika vəhşi qərbinin kəşv edilməmiş açıqlıqlarında ağır yaralanan ovçu Hyu Qlass yeni torpaqların tədqiqi ilə məşqul olan dostu Con Fitsjerald tərəfindən satqıncasına atılaraq ölümə məhkum qalır. Bu, vəziyyətdə Qlassın yeganə silahı –iradəsidir. O, vəhşi təbiyətə, sərt qış şəraitinə və düşmənçilik edən hindu qəbilələrinə meydan oxuyub sağ qalmaq və xayin Fitsjeralddan qısas almaq niyyətindədir...

Filmdəki rollara Leonardo DiKaprio, Tom Xardi, Donal Qlison, Uill Poulter, Forrest Qudluk, Pol Anderson və başqa aktyorlar çəkilib.

Triller, dram,komediya, detektiv və vestern janrında çəkilmiş "Çirkin səkizlik" filminin rejissoru və ssenari müəllifi Kventin Tarantinodur. Yaş həddi:18+

Əfsanəvi cinayətkar qənimi Con Rut qadın məhbusu müşayət edir. Yolda onlara bir ovçuda qoşulur. Tufanlı qar havası onları yaxında yerləşən dükanda sığınacaq tapmağa məcbur edir. Artıq ora müxtəlif amallara qulluq edən dəstə yığışıb: general, şerif, meksikalı,fransız və kоvboy...

Yalnız dəstədən biri həqiqətdə kim olduğunu gizlədir...

Filmdə, baş rolları Kurt Rassel, Semuel L.Cekson, Tim Rot, Maykl Medsen, Cennifer Ceyson Li, Uolton Qoqqins, Demian Bişir, Bryus Dern, Ceyms Parks, Dena Qurye və başqa aktyorlar canlandırıblar.

"Salam,ata,Yeni il" komediyasını rejissor Şon Anders lentə alıb. Yaş həddi:16+

Ailəli olan keçmiş arvadının yanına qayıdan iki uşaq atası, uşaqlarının diqqət və sevgisini qazanmaq üçün atalıqla rəqabətə girir...

Filmdə Uill Ferrell, Mark Uolberq, Linda Kardellini, Tomas Xeyden Çerç, Skarlet Estevez, Ouen Vakkaro, Bobbi Kannavale və başqa aktyorlar çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə