“Boqema” operası 3 ölkənin sənətçisinin ifasında

“Boqema” operası 3 ölkənin sənətçisinin ifasında

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Boqema" operası əsasında eyniadlı tamaşa keçiriləcək. SİA-nın Medeniyyet və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, tamaşada azərbaycanlı vokalçılarla yanaşı, Ukrayna və Belorusdan gələn opera sənətçiləri də iştirak edəcəklər. Yanvarın 16-da baş tutacaq tamaşada Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti Olqa Naqornaya, Marsel partiyasını Belorus Akademik Böyük Opera və Balet teatrının solisti, Belorusun Əməkdar artisti Vladimir Qromov, Rudolf partiyasını isə digər bir beloruslu vokalçı Eduard Martınyuk ifa edəcəklər. Həmçinin, tamaşada Azərbaycanın opera sənətinin xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcəklər. Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə