Kürdəmir şəhərində Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin nəzdində yaradılmış "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun I ümumrespublika toplantısı keçirilib. SİA-nın xəbərinə görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edirdi. Toplantıya respublikanın bütün regionlarını əhatə edən 300 nəfərədək gənc mədəniyyət işçisi qatılıb.
Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev son illər ölkəmizdə mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlərin bölgələrə müsbət təsirindən söz açdı. Bildirdi ki, Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində yerlərdə yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilir, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülür.
Qeyd olundu ki, görülən işlərin davamı kimi mədəniyyət və turizm müəssisələri də qarşılıqlı fəaliyyətlərini günün müasir tələbləri səviyyəsində qurulmalıdır. Nazir bu məsələdə gənclərin də üzərinə mühüm məsuliyyət düşdüyünü, onlardan daha çox təşəbbüskarlıq və fəallıq gözlənildiyini vurğuladı.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev qurumun fəaliyyəti, görülən işlər, hazırlanan metodik vəsaitlər barədə məlumat verdi. Mərkəzin nəzdində yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" barədə danışan direktor bu təşəbbüsün məqsəd və hədəflərindən söz açdı, əsas fəaliyyət istiqamətlərindən bəhs etdi.
Qrupun üzvləri çıxış edərək fikirlərini bölüşdülər, gənclərin fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər. Tədbir zamanı Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin fəaliyyəti və perspektiv planlar ətrafında müzakirələr aparıldı. Nazir Əbülfəs Qarayev gəncləri maraqlandıran sualları cavablandırdı, qrupun işinin daha da gücləndirilməsi üçün tövsiyələrini verdi.
Tədbirin sonunda bəzi gənc mədəniyyət işçiləri fəxri diplomlarla təltif olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB