Ramiz Əzizbəylinin səhhəti ilə bağlı son xəbər

Ramiz Əzizbəylinin səhhəti ilə bağlı son xəbər

Xeyli müddətdir səhhətindəki ciddi problemlərə görə əziyyət çəkən xalq artisti Ramiz Əzizbəylidən xəbər var. SİA-ya açıqlama verən aktyor hazırda özünü az da olsa yaxşı hiss etdiyini deyib: "Müalicəmi evdə davam etdirirəm. Xəstəxanadan çıxmışam. Hər şey yaxşıdır. Özümü az da olsa yaxşı hiss edirəm".

Qeyd edək ki, xalq artisti Ramiz Əzizbəyli 2014-cü ilin fevral ayında şəxsi avtomobilində sükan arxasında olarkən beyin insultu keçirib. Bu səbəbdən hətta həmin vaxt maşını ilə yüngül qəza da keçirib. Artıq iki ilə yaxındır ki, xəstəliyi ilə bağlı səhhətində ciddi problemlər yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə