Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində "Siqaret dəbdir!?" adlı sərgi açılacaq. Rəssamlıq Akademiyasından SİA-ya verilən xəbərə görə, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə həyata keçiriləcək.
Sərgidə akademiyanın tələbələrinin və gənc rəssamların mövzunu əks etdirən əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunacaq. Sərginin əsas məqsədi siqaretin gənc xanımlara və cəmiyyətə verdiyi zərərləri daha doğru, düzgün anlatmaq, siqaretsiz həyat seçərək zərif və sağlam qadın olmağı onlara portretlər vasitəsilə çatdırmaqdan ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB