Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Əbdülhüseyn oğlu Hacıbəylinin anadan olmasının 125 illiyi qeyd ediləcək. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Sərəncamdan irəli gələn məsələlərin həll olunması Nazirlər Kabinetinə tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB