Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tanınmış Rusiyalı quruluşçu baletmeyster və müəllim Aleksandra Tixomirovanı Bakıya dəvət edib. A.Tixomirova teatrın balet truppasının artistləri ilə ustad dərsləri keçirəcək. Teatrdan SİA-ya verilən xəbərə görə, noyabrın 28-dən dekabrın 5-dək Bakıda olacaq A.Tixomirova balet truppasının aparıcı solistləri ilə birlikdə çalışacaq, onların bu və ya digər klassik balet tamaşasında aparıcı partiyaları yüksək professional səviyyədə ifa etməsi üzərində iş aparacaq.
Qeyd edək ki, A.Tixomirova hazırda Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimi və Belorus Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteridir. 1997-2012-ci illər ərzində istedadlı xoreoqraf Rusiya, Estoniya, Finlandiya və Belarusun müxtəlif opera, dramatik və musiqili teatrlarında 60-dan artıq tamaşaya quruluş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB