Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi eyniadlı seminar keçirəcək
2015-ci il noyabr ayının 20-də saat 15:00-da Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi "Unudulmaqda olan Xalq yaradıcılıq nümunələrini dirçəltmək" mövzusunda seminar keçirəcəkdir. Seminarda AMEA-nın aparıcı elmi işçiləri, respublikanın ali təhsil ocaqlarının professor və müəllimləri, eləcə də respublikanın tanınmış sənət adamları iştirak edəcəklər.
Seminarın keçirilməsində məqsəd, əsrlər boyu yaranmış xalq yaradıcılıq nümunələrinin təbliğ olunması, unudulmaqda olan xalq sənətkarlığı nümunələrini bərpa edib dirçəltmək, onları gələcək nəsillərə ötürərək yaşatmaqdır.
Seminar bir gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB