Cəlilabadın Xanəgah kəndindəki fərdi təsərrüfatlardan birində qədim mədəniyyət nümunələri aşkar edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, kənddə sakinlərin pay torpaqlarında traktorla şum aparılarkən içərisi xaç təsvir edimiş saxsı qab, çəkisi 5 kiloqramdan artıq olan mancanaq daşı və digər müxtəlif qədim məişət əşyaları aşkar edilib.

Cəlilabad rayonunun Xanəgah kənd sakinlərinin təsərrüfatlarında şum aparan traktorun kotanına ilişərək üzə çıxan məişət əşyaları bu ərazidə qədim yaşayış məskənin olduğunu deməyə əsas verir. İxtisasca tarix müəllimi olan həvəskar tədqiqatçı, kənd sakini Rza Rzayevin bildirdiyinə görə burada qədim mədəniyyətə sahib olan bir tayfa yaşayıb. Belə ki yemək üçün istifadə edilən polixrom saxsı qab içərisi xaç təsvir edilmiş ətrafı isə gümüş rəmizlərlə bəzədilmiş əşyalar bizə eradan əvvəl 1 ci minillyin sonunda Xudutəpə yaşayış məskənində yaşayan insanların dini inanclarından xəbər verir. Həmçinin tapılan məişət əşyalarının üzərində günəş təsvir edilməsi burda tək allahlıqın movcud olmasına və ərazidə müxtəlif dini inancli insanların bir arada yaşamasına deməyə əsas verir.

Bundan başqa ərazidə çəkisi 5 kq olan yumru daş tapılıb. Tədqiqatçının dediyinə əsasən yumru daş əraziyə mancanaqla düşmənlər tərəfindən hücum zamanı atılıb. Belə ki dəniz səviyyəsindən 700—800 metr yüksəklikdə yerləşən və ətrafı təpələr və çaylarla əhatələnən yaşayış məskəninə yad ellilər tərəfindən həmişə hücumlar edilib. Həvəskar tədqiqatçı Rza Rzayev bildirdi ki, yaşayış məskənin bir vaxtlar şəhriyar düzündə Şilvəngə ətrafında mövcud olan Muğana şəhərinin olduğu ehtimal edilir. Qeyd edək ki, Xudutəpə yaşayış məskəni orta tunc dövrünə aiddir.


Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB