Cahangir Zeynalovun 150 illik yubiley tədbiri keçiriləcək

Cahangir Zeynalovun 150 illik yubiley tədbiri keçiriləcək

Dekabr ayında Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley tədbiri keçiriləcək. SİA-nın məluçatına görə, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı hazırlanıb. Tədbirlər planında Cahangir Zeynalovun Akademik Milli Dram Teatrında yubiley tədbirinin keçirilməsi də nəzərdə tutulub. Yubiley mərasimi çərçivəsində "Cahangirdən Cahangirə" adlı bədii layihə üzərində iş aparılıb.

Layihədə yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun "Qu quşunun nəğməsi" əsəri əsasında tamaşa hazırlanıb.

Qeyd edək ki, səhnə əsərinin baş rolunda Cahangir Novruzov özü çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə