İki dahi bəstəkara 130 illiyinə həsr olunmuş tədbir FOTOLAR

İki dahi bəstəkara 130 illiyinə həsr olunmuş tədbir FOTOLAR

Cövdət Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyindən fəxru qonaqların iştirakı ilə Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkarı, publisist, dramaturq, ictimai xadim Üzeyir Hacıbəyli və görkəmli bəstəkar, dirijor, pedaqoq, ictimai xadim Müslüm Maqomayevin anadan olmalarının 130 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini, filologiya elmləri doktoru Adilxan Bayramov açıb.

Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları ilə yanaşı Azərbaycanın tanınmış incəsənət xadimlərindən xalq artisti Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Gülnaz Abdullazadə, Zemfira Qafarova, Sərdar Fərəcov, bəstəkar, professor Oqtay Rəcəbov iştirak ediblər. Onlar Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yardıcılıq yolundan, pedaqoji və ictimai fəaliyyətindən, professional musiqi sənətinin inkişafındakı rolundan söhbət açıblar.

Ədəbi-bədii tədbirdə respublikanın xalq artisti Adil Bağırovun rəhbərlik etdiyi Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı, uşaq musiqi, incəsənət məktəblərinin şagird və müəllimləri musiqi nömrələri ilə çıxış ediblər.

Sonda tədbir iştirakçılarına MEMM-in diplom və fəxri fərmanları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə