Gəncə Teatrı qastrol səfərinə hazırlaşır

Gəncə Teatrı qastrol səfərinə hazırlaşır

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi yaxın günlərdə qastrol səfərinə çıxacaq. Kollektiv Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Türkmənistanın Aşqabad şəhərinə yola düşəcək. Qastrol səfərində aktyorlar Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşasını göstərəcəklər.

Teatrın baş rejissoru İradə Gözəlova bildirib ki, Türkmənistandan sonra Gəncə aktyorları Bakıda bir neçə tamaşa göstərəcəklər. Onlar Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsəri ilə yanaşı, Qoqolun "Evlənmə" əsəri ilə paytaxt tamaşaçılarının qarşısına çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə