Əbülfəs Qarayev qəbul keçirəcək

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı problemlərinin həllinə kömək edirlər. SİA-nın məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 29-da saat 11.00-da Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Lənkəran şəhəri, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə