MTN-də Fransalı qonaqlarla görüş keçirilib FOTOLAR

MTN-də Fransalı qonaqlarla görüş keçirilib FOTOLAR

Xəbər verdiyimiz kimi, Fransanın turizm sənayesi və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət heyəti ölkəmizdə səfərdədirlər. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın nümayəndə heyətini qəbul edib.

Görüş zamanı nümayəndə heyəti ilə müasir texnologiyalar vasitəsilə turizmin inkişaf istiqamətləri haqqında müzakirələr aparıb.

Nazir, Azərbaycan mədəniyyətinin və turizminin Fransada tanınması üçün son illər görülən işlər barədə danışıb və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Fransanın bir çox şəhərlərində müxtəlif layihələrin həyata keçirildiyi haqqında məlumat verib. Vurğulanıb ki, bu günlərdə Parisin milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur Pale Royal meydanında Heydər Əliyev Fondu tərəfindən "Azərbaycan şəhərciyi" təşkil edilib, eləcə də Azərbaycanın Fransada 2015-ci ilin 29 sentyabr - 02 oktyabr tarixlərində keçiriləcək Top Resa sərgisində iştirakı və Fransa media nümayəndələri üçün hər il təşkil olunan info turlar haqqında məlumat verilib.

Nümayəndə heyətinin üzvləri öz növbəsində Nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib və Azərbaycanın Fransada daha da tanıdılması üçün təmsil etdikləri təşkilatların aktiv fəaliyyət göstərəcəklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə