2015-ci il avqustun 26-da saat 12:00-da Azərbaycan İstiqlal Muzeyindinin ekspozisiyasında General Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr edilmiş "Naxçıvanski 120" adlı tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Müdafiə Nazirliyinin Mənəvi – Psixoloji Hazırlıq və İctimayyətlə əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani, Azərbaycan Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov və Tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov generalın həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edəcəklər. Tədbirdə həmçinin Cəmşid Naxçıvanskiyə həsr olunmuş sənədli filmi nümayiş etdiriləcək. Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı – altıncı generalı, briqada komandiri Naxçıvanski Cəmşid Cəfərqulu oğlu 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olub.
1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir. Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif olunmuşdur.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmış, 1918-ci il sentyabrın 15-dətürk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizləmişdi.
C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.
C. Naxçıvanski 26 avqust 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum olunmuşdur və hökm dərhal icra edilmişdir. 1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı.
Qeyd edək ki, tədbirdə Prezident Qvardiyasının əsgərləri, Sərhəd Qoşunlarını Sahil Mühafizəsinin və Daxili Qoşunların şəxsi heyəti iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB