Əbülfəs Qarayevdən Ramazan TƏBRİKİ

Əbülfəs Qarayevdən Ramazan TƏBRİKİ

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müqəddəs Ramazan bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətini təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə islam dinin humanist dəyərlərinin təcəssümü olan Ramazan ayının insanları birliyə, bərabərliyə, paylaşmağa, eyni zamanda nəfsinə hakim olmağa səslədiyi qeyd olunur. Bildirilir ki, insanın ruhu və cismi üçün olduqca böyük önəm kəsb edən orucluq insan mənəviyyatına müsbət təsir göstərən ilahi qüdrətə malikdir.

Təbrikdə deyilir: "Ramazan ayının hikməti sağlamlığa xidmətlə yanaşı, sosioloji, psixoloji, əxlaqi dəyərləri ehtiva etməsi ilə də mühüm əhəmiyyət daşıyır. Orucluq bir ay davam etsə də, onun fəziləti sonsuzdur və zaman sərhədlərinə sığmazdır. Ramazanın "On bir ayın sultanı" adlandırılması onun mənəvi-əxlaqi hüdudsuzluğunun daha bir səciyyəvi əlamətidir".

Nazir Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət və turizm ictimaiyyətinə müqəddəs bayram münasibətilə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və yeni-yeni nailiyyətlər arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə