Rusiyanın əməkdar artisti Valeri Meladze 50 illik yubileyi münasibətilə Bakıda "Polsta" adlı solo proqramla çıxış edəcək. SİA-nın məlumatına görə, Heydər Əliyev Sarayında baş tutacaq konsertdə istedadlı müğənni özünün ən populyar və sevimli hitlərini səsləndirəcək.
Geniş səs diapazonuna, qeyri-adi tembrə, özünəməxsus ifaçılıq qabiliyyətinə malik Valeri Meladze Rusiya estradasının ən populyar sənətçilərindəndir.
Qeyd edək ki, konsert noyabrın 19-da Heydər Əliyev Sarayında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB