Vlad Staşevskin çıxışı olacaq

Ötən əsrin 90-cı illərinin məşhur müğənnisi Vlad Staşevski xüsusi proqramla çıxış edəcək. SİA-nın verdiyi məlumata görə, Vlad Staşevski uzun fasilədən sonra yenidən Azərbaycana gəlir. Onun "Sevgi artıq burada yaşamır", "Mənə gecə zəng elə", "Daha səni gözləməyəcəm", "Fənərlər" və "Mənə inanma, əzizim" mahnıları 1990-cı illərdə bütün "hit parad"ların ön sıralarında yer alıb.

Qeyd edək ki, Vlad Staşevskin çıxışı mayın 29-da Bakı Caz Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə