Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Misirin kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Misir mədəni və turizm əlaqələri haqqında söhbət açılıb. Nümayəndə heyəti Misirdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin aktiv fəaliyyəti haqqında məlumat verib.
Görüşdə, iki ölkə arasında qarşılıqlı keçirilən mədəniyyət günləri və incəsənətin müxtəlif sahələri üzrə həyata keçirilən əməkdaşlıq haqqında söhbət aparılıb.
Həmçinin görüş zamanı, turizm sahəsində Azərbaycan–Misir əməkdaşlıq məsələləri haqqında söhbət açılmış və çoxsaylı azərbaycanlı turistlərin Misirə səfər etdiyi vurğulanıb.
Nazir həmçinin diqqətə çatdırıb ki, ölkəmiz Misirdən daha çox turistin Azərbaycana gəlməsində maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB