Mayın 21-dən etibarən "28 Cinema"da "Gələcək dünya" adlı yeni macəra filminin nümayişinə başlanılır. Kinoteatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iki dəfə "Oskar" mükafatına layiq görülən rejissor Bred Berdanın 3D formatında olan bu filmində baş rola Hollivudun tanınmış siması, dünya şöhrətli aktyor Corc Kluni çəkilib.
Qeyd edək ki, filmə baxmaq istəyənlər biletləri "28 Cinema"nın kassalarından və rəsmi saytından onlayn olaraq ala bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB