Növbəti seminar Demokratik mədəniyyət səriştə modelini əhatə edirdi
Avropa Şurası təmsilçilərinin təşkil etdiyi seminarda şuraya üzv ölkələr arasında mədəni, təhsil məsələlərində davamlı əlaqələr, onların yeni modelləri, daha interaktiv layihələrin reallaşması istiqamətləri müzakirə olundu. SİA-nın verdiyi məlumata görə, Timişoara Mədəniyyətlərarası İnstitutunun direktoru və əsas ekspert qrupunun üzvü Kalin Rus mərhələlərlə davamlı təhsil və mədəni əməkdaşlıq layihələri barədə məlumat verib. Avropa ölkələrində davamlı təhsil və mədəni müxtəlifliyin çağdaş reformalarla qorunub saxlanması və mədəni müxtəlifliyin dəstəklənməsinin vacibliyini önə çəkdi. Bununla bağlı pilot layihələrin müxtəlif ölkələrdə tətbiqində maraqlı olduqlarını dilə gətirdi.
Avropa Şurası təhsil siyasəti şöbəsinin müdiri Kristofer Reynolds isə peşəkar təlim treninqləri barədə məlumat verdi. Bu layihənin əsasında duran 4 məram ətrafında seminar iştirakçıları ilə fikir mübadiləsi apardı. Avropa Şurasının həyata keçirdiyi təhsil proqramlarının əsasının mədəniyyətlərarası dialoq və təhsil istiqamətlərinə kökləndiyini bildirdi.
Maraqlı müzakirələrlə keçən seminarın sonunda məruzəçilər müxtəlif ölkələri təmsil edən seminar iştirakçılarının suallarını cavablandırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB