"Mədəniyyətlər arasında körpü salmalıyıq"

"Mədəniyyətlər arasında körpü salmalıyıq"

"Təhlükəli tendensiyalar qarşı birgə mövqedən çıxış etməliyik. Təhlükəsizliyin olmamadı ölkələrin dinamik inkişafına ciddi təsir göstərir". SİA-nın xəbərinə görə bunu bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr" panelində çıxışı zamanı Bolqarıstanın vitse-prezidenti Marqarita Popova söyləyib

O bildirib ki, müxtəlif dinlərə və mədəniyyətlərə malik olan ölkələr arasında həmrəylik təmin edilməldir:" Kəskin natarazlıq olan cəmiyyətdə də anlaşma ola bilməz. Ona görə də cəmiyyət daxilində layiqli həyat tərzinin təmin edilməsi vacibdir. İnsanlar arasında təcrid olunmaya diqqət yetirilməməsi inqilablara yol aça bilər. Biz birlikdə bu reallıqları düzgün təhlil etməliyik. Sülhə nail olmaq üçün birgə işləməliyik. Demoqogiyadan uzaq olmalı, insanlara mərhəmətlə yanaşmalıyıq. Biz kamil insan cəmiyyətinin qurulması üçün əməkdaşlıq etməli, həmrəy olmalıyıq. Qarşılıqlı hörmət uğura aparan yoldur. Ətrafımızda olan insanlara yardım etməliyik. 2008-ci ildə yaradılan Bakı prosesindən ötən dövrdə narahatlıq doğuran hallar baş verib, biz bunlardan danışmalı, sülhün təmin olunması üçün əlimizdən gələni etməliyik. Mən Bolqarıstanın vitse-prezidenti kimi hesab edirəm ki, bizi narahat edən məsələlər barədə ətraflı danışmalıyıq. Sosial sistemdə mövcud olan ədalətsizlikdən açıq danışmalıyıq. Tarixdən götürdüyümüz dərslərdən irəli gələrək düzgün seçim etməliyik. Bunu vaxtında etməsək, böyük problemlərlə üzləşə bilərik. Bizim bügünkü mesajımız sülh və insan ləyaqətinin qorunması mesajıdır. Etika sayəsində müxtəlif din və etnik qruplar arasında yaxşı münasibətlər qurula bilər. Etika insanar arasında fərqlərin aradan qaldırılmasına xidmət edir. Mədəniyyətlərarası dialoq bir fenomendir. Prezident İlham Əliyev də qeyd etdi ki, universal dəyərlər mədəniyyətlərarası dialoqda da tətbiq olunmalıdır. Bu gün dünyada bir çox toqquşmalar və qarşıdurmalar var. Biz yeni yanaşmaya ehtiyac duyuruq. Biz hamımız irəliyə doğru getməli, insani dəyərlərin təmin olunmmsına çalışmalıyıq. Mədəniyyətlər arasında körpü salmalıyıq. Fərqli dünyanın qurulması mümkündür, bu səbəbdən buraya toplaşmışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə