Kinorejissor Nicat Feyzullayev vəfat edib. "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən məlumata görə, dəfn mərasimi bu gün saat 16.00-da "Rəssamlar evi" kimi tanınan binada keçiriləcək.
Nicat Feyzullayev 1945 -ci il noyabrın 1-də Bakıda anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləyib.
O, "Küçələrə su səpmişəm", "Qızəl balıq", "Arvadım mənim, uşaqlarım mənim" bədii filmlərinə və bir çox sənədli filmlərə, "Mozalan" süjetlərinə quruluş verib.
Xatırladaq ki, Nicat Feyzullayev görkəmli rəssamlar Vəsihə Səmədova və Lətif Feyzullayevin övladıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB