Nazir müavini səfirlə görüşdü

Nazir müavini səfirlə görüşdü

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Türkmənistanın ölkəmizdəki səfiri Toylı Komekovu qəbul edib. SİA-nın verdiyi məlumata görə, görüşdə nazir müavini Sevda Məmmədliyeva Türkmənistan ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edərək mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin olduğunu bildirib və səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb.

Səfir öz növbəsində Nazirliklə intensiv əlaqələrin mövcud olunduğunu və gələcəkdə əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə Azərbaycan ilə Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və iki ölkənin qarşılıqlı olaraq bir-birinə dəstək göstərilməsinin vacibliyi vurğulanıb.

Görüşdə həmçinin, 2015-ci ilin payızında Azərbaycan Xalça Muzeyində Türkmənistan xalçalarının sərgisi və sərgi çərçivəsində keçirilməsi planlaşdırılan birgə xalça konfransı, həmçinin Türkmənistanın mədəniyyət naziri Annageldi Qaracayevin Azərbaycana səfəri müzakirə edilib.

Səfir T.Komekov qəbula görə nazir müavini S.Məmmədəliyevaya təşəkkür etmiş Azərbaycan-Türkmənistan mədəni əlaqələrinin dinamik prosesinin şahidi olduğundan məmnunluğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə