Rəqəmlərin hər hansı mənası varmı?

Rəqəmlərin hər hansı mənası varmı?

Bu gün Atatürk Mərkəzində elmi konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Mərkəzin İctimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı, türkoloq Ramiz Əsgər, Dədə Qorqud elmi tədqiqat laboratoriyasının elmi işçiləri Aynurə Əliyeva, Gülarə Balayeva, dilçi alimlər və başqaları iştirak ediblər.

Konfransda dilçi Çingiz Kutsalruh çıxış edərək, "Sayılar ve Seslər" kitabı haqda məlumat verib. Sözügedən kitabın "Türklərin Gizemi" kitabından hissələrdən ibarət olduğunu söyləyib: "Sirr kimi görünən hər şey əslində gözümüzün önündə aydın şəkildə dayanır. Lakin üzərində onu görünməz edən bir pərdə var. Vaxtı gələndə, Tanrı, onun üzərindəki pərdəni qaldıraraq görməmizə icazə verər. "Türklerin Gizemi" kitabı, həmişə gözümüzün önündə olan, lakin günümüzə qədər gizli bir pərdə altında görünməz edilən məlumatların necə ortaya çıxmasının real hekayəsi haqqındadır. "Sayılar ve Sesler" adlı bu kitab isə sözügedən kitabdan bir hissədir. Hər kəs üçün maraqlıdır ki, görəsən rəqəmlərin hər hansı mənası varmı? Bunu aydınlaşdırmaq üçün əvvəlcə omonim sözlərdən başladım. Yazılışı və deyilişi eyni olduğu halda mənaları tamamilə fərqlidir. Bu da mənə olduqca qəribə gəldi. Onu da deyim ki, araşdırma zamanı Türkiyə türkcəsi ilə deyil, Azərbaycan dilindən istifadə etdim. Çünki Türkiyə türkcəsi tez-tez dəyişdirilib. Düşünürəm ki, bu, dünyada yeni bir dövrün başlanğıcı olacaq".

Qeyd edək ki, konfrans müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə