Nazir müavini Bokla görüşdü

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Müvəqqəti işlər vəkili Fransisko Ernesto Romero Bok ilə Nazirlikdə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüş zamanı cənab Bok bildirib ki, Bakıya Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin açılması işlərinin aparılması məqsədilə gəlib. 1 oktyabr 2014-cü il tarixində səfirlik fəaliyyətə başlayıb. Artıq bir neçə ay burda yaşayan cənab Bok Azərbaycan mədəniyyətini çox bəyəndiyini və xüsusən də Azərbaycan mətbəxindən zövq aldığını bildirib. Həmçinin o, mədəniyyət sahəsinin Meksika üçün ölkələrimiz arasında əməkdaşlıq baxımından ən əhəmiyyətli sahələrdən biri olduğunu dedi.

Görüş zamanı cənab Bok Azərbaycanda Meksikalı rəssam Marqarita Moralesin rəsm əsərlərinin sərgisinin keçirilməsini təklif edib. Almaniyada yaşayan məşhur rəssam əsasən təbiətə həsr olunan əsərləri yaradır.

Nazir müavini Sevda Məmmədəliyeva cənab Boku Meksikanın Azərbaycandakı səfirliyinin açılması ilə bağlı təbrik etdi və əməkdaşlıq imkanının yaranmasından məmnunluq hissi keçirdiyini bildirib. Həmçinin Sevda Məmmədəliyeva Marqarita Moralesin sərgisinin keçirilməsi məqsədilə müvafiq məkan və vaxtın təyin edilməsi işlərinin aparılmasını təklif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə