Muzeylərə giriş pulsuz olacaq

18 Aprel "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü" münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə "açıq qapı" günü elan edir. İdarədən SİA-ya verilən xəbərə görə, belə ki, 18 aprel tarixində Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, habelə "Qala" Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arzu edən hər kəsi tarixi irsimizlə yaxından tanış olmağa dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə