Bu gün "28 Cinema" kinoteatrında Çanaqqala savaşından bəhs edən "Son məktub" filminə həsr olunan mətbuat konfransı baş tutub. SİA-nın verdiyi məlumata görə, konfransda Türkiyənin Yunus Əmrə İnstitutu direktorunun müavini Şaban Çobanoğlu, filmin ssenari müəllifi və rejissoru Özhan Eren filmdə iki azərbaycanlıaktrisanın rol aldığını söyləyiblər.
Türkiyənin Yunus Əmrə İnstitutu direktorunun müavini Şaban Çobanoğlu Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə təşkil edilən tədbirlərdən danışıb.
Filmin ssenari müəllifi və rejissoru Özhan Eren ekran əsəri barədə məlumat verib: "Mən də Azərbaycan əsilliyəm. Sözügedən filmdə iki azərbaycanlı aktrisa rol alıb. Bunlardan biri baş rolun ifaçısı Nəsrin Cavadzadədir. Bu günədək doqquz filmdə çəkilən bu aktrisa 10 mükafata layiq görülüb. Digər azərbaycanlı aktrisa isə Mina kimi tanınan Nərmin Hüseynovadır. O, filmdə azərbaycanlı tibb bacısını canlandırır. Bu filmin ssenarisinin yazılmasına 7 il əvvəl başlamışam. Filmin ssenarisi Çanaqqala savaşı günlərindən qalma bir məktubun əsasında hazırlanıb. Film 100 ölkədə nümayiş olunacaq. Onu da diqqətinizə çatdırım ki, filmin büdcəsi 20 milyon türk lirəsidir. Bu "Son məktub" indiyədək çəkilən filmlər arasında ən böyük büdcəsi olan ekran əsəridir".
Qeyd edək ki, əsas rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyin Avni Danyal, Bülent Şakrak, Nərmin Hüseynova və Barbara Sotelsekin çəkildikləri ekran əsəri təyyarəçi Salih Ekrem ilə Nihal adlı tibb bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin günlərində onlar Fuat adında kimsəsiz uşağı himayəyə götürürlər. "Kiçik qazi Fuat" ləqəbli bu uşaq Salih Yüzbaşı ilə tibb bacısı Nihalın arasındakı ölümsüz sevginin yeganə şahidi olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB