“Artist və onun kölgəsi”

Vadimir Stupinskinin pyesi əsasında "Artist və onun kölgəsi" tamaşası nümayiş olunacaq. SİA-nın verdiyi məlumata görə, tamaşa Azərbaycanın xalq artisti Murad Yaqizarovun yubileyinə həsr edilib.

Tamaşanın quruluşçu rejissoru İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayev, işıq üzrə rəssam Nikolay Rudıçev, xoreoqrafiya Raulya Turkkandır.

Tamaşada xalq artisti -Murad Yaqizarov və teatrın artistləri -Oleq Əmirbəyov, Teymur Rəhimov, Yeganə Hüseynli, Olqa Arsentyeva, Mariya Dubovskaya, Fəridə Nesterenko, Tamilla Abutalıbova iştirak edirlər.

Qeyd edək ki, tamaşa 11 aprel, saat 19:00-da Rus Dram Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 11 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə