Gənc rəssamın sərgisi açılıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) gənc rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, ADMİU-nun müəllimi Mətin Şərifovun sərgisi açılıb. SİA-nın verdiyi məlumata görə, tədbirdə universitetin rektoru, professor Fərəh Əliyeva, Xalq Rəssamı Xanlar Əhmədov çıxış edərək gənc rəssama uğurlar arzulayıb, gələcəkdə də belə sərgilərin təşkil edilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, sərgidə M.Şərifovun müxtəlif mövzularda rəngkarlıq əsərləri nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə