Özbəkistanın populyar "Dunyo boylob" televiziya kanalı Azərbaycan mədəniyyəti və Özbəkistanda yaşayıb-yaradan tanınmış azərbaycanlılar haqqında "Müştərək məqsədlər" adlı veriliş nümayiş etdirib. SİA-nın verdiyi məlumata görə, verilişdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi haqqında məlumat verilib, Mərkəzin fəaliyyəti haqqında danışılıb. Azərbaycan dili kurslarında azərbaycanlı uşaqlarla yanaşı digər xalqların nümayəndələrinin də təmənnasız yararlanmasından söhbət açılıb.
40 dəqiqəlik proqramda Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun, Özbəkistandakı Azərbaycan diaspora təşkilatının icraçı direktoru Firdovsi Hüseynovun fikirləri yer alıb. Qeyd edilib ki, Daşkənd şəhəri ilə yanaşı, Səmərqənd, Buxara, Sırdərya və Fərqanə şəhərlərində azərbaycanlılar yaşayır və fəaliyyət göstərir.
Proqramda Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoju Universitetinin professoru Erkin Nuriddinov da öz ürək sözlərini söyləyib.
Verilişdə Daşkənddə yaşayan soydaşlarımız, Özbəkistan Dövlət Konservatoriyasının professoru, Azərbaycanın və Özbəkistanın xalq artisti Firudin Səfərov, Konservatoriyanın professoru, Nərgiz Poladxanova, Daşkənddəki Əlişir Nəvai adına Opera və Balet Teatrının solisti Cəbrayıl İdrisov, rəssam Zaur Mansurov, müğənni Rəna Əzizova və başqaları fəaliyyətləri haqqında danışıb, xalqlarımızın dostluğundan söhbət açıblar.
Verilişin sonunda Daşkənddə yaşayan Süleyman Həsənovun beynəlmiləl ailəsi haqqında məlumat verilir və Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" uşaq rəqs ansamblının milli rəqsləri göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB