“Bremen musiqiçiləri”

Heydər Əliyev Sarayında Moskva Teatrının təqdimatı olacaq. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, teatrın kollektivi "Bremen musiqiçiləri" müziklini təqdim edəcək.

Müziklin ailəvi baxmaq üçün nəzərdə tutulması onun qırx illik tarixi olan cizgi filminə varisliyini təsdiqləyir. Həmin vaxt bu tamaşa ekranlara sovet rok-operası kimi çıxmışdı.

Bu dəfə cizgi filminin ilk tamaşaçıları nəvələri ilə birlikdə müziklə baxmağa gələcəklər. Yaşından asılı olmayaraq hər bir tamaşaçı yeni müzikldə özünə münasib nə isə tapacaq. Yaşlı nəsildən olanlar müziklin qəhrəmanları ilə cizgi filminin personajları arasında oxşarlığı qeyd edərək nostalji hisslər keçirəcəklər. Balaca tamaşaçılar isə aktyorlarla birgə oxuyaraq cizgi filmi klassikasında biliklərini nümayiş etdirəcəklər.

Qeyd edək ki, "Bremen musiqiçiləri" müziklinin təqdimatı mayın 31-də Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti 10-49 manat arasında dəyişəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə