Leopold Rostropoviçin 123 illiyi keçiriləcək

Leopold Rostropoviçin 123 illiyi keçiriləcək

25 fevral, saat 12:00-da L. və M. Rostropoviçlərin ev-muzeyinin və M. Rostropoviçin Sankt-Peterburqda yerləşən arxivinin birgə təşkilatçılığı ilə tədbir keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir violonçelist Leopold Rostropoviçin anadan olmasının 123 illiyinə həsr olunub.

Tədbirdə Respublika və Beynəlxalq müsabiqələr laureatları - L. və M.Rostropoviçlərin adını daşıyan 21 saylı musiqi məktəbinin şagirdləri olan istedadlı musiqiçilərin ifasında maraqlı konsert proqramı səslənəcək.

Tədbirdə Sankt-Peterburq da yerləşən Rostropoviç-Vişnevskaya arxivinin baş arxivariusu olan Larisa Çirkova tədbirin qonaqlarına L.Rostropoviçin yaradıcılığın da yer alan əsas bəstələrindən bəhs edən onlayn-məruzə ilə çıxış edəcək.

Bununla yanaşı muzeyin fondundan olan L.Rostropoviçin həyat və yaradıcılığını əks etdirən sərgidə ilk dəfə olaraq L.Rostropoviçin Azərbaycana həsr etdiyi əsərin not əlyazması və slayd-şou nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə