“Azərbaycan rusları” filminin təqdimatı olacaq

“Azərbaycan rusları” filminin təqdimatı olacaq

Fevralın 23-də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində "Azərbaycan rusları" sənədli filminin təqdimatı olacaq. Azərbaycanın Rus İcmasının mətbuat xidmətindən bildiriblər ki, filmdə rusların Azərbaycana köçməsindən, respublikanın mədəni və iqtisadi inkişafında iştirakından, müasir Azərbaycanda rusların həyat və fəaliyyətindən söz açılır.

Film Azərbaycanın Rus İcmasının sifarişi və Moskva Hökumətinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə lentə alınıb.

Filmin rejissoru Cavid İmamverdiyev, ideya və ssenari müəllifi Rus İcmasının sədri, Milli Məclisin deputatlı Mixail Zabelindir.

Bütün xəbərlər Facebook səhifəmizdə