“Yaşasın gənclik” adlı tədbir keçirilib

R.Axundov adına Mədəniyyət evində "Yaşasın gənclik" adlı musiqili - əyləncəli tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Mədəniyyət evinin Sidqi Ruhulla adına Xalq teatrı və rəssamlıq dərnəyinin üzvləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmsı, dərnək üzvləri arasında kollektiv münasibəti formalaşdırmaq idi.

Qeyd edək ki, 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-cı ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-si Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə