Azərbaycan kulinarları Türkiyədən 16 medalla qayıdıb FOTOLAR

Azərbaycan kulinarları Türkiyədən 16 medalla qayıdıb FOTOLAR

Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Kulinariya Çempionatında iştirak etmiş Azərbaycan Milli Kulinariya komandasının əldə etdiyi nəticələr barədə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, konfransda Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov çempionatda əldə edilən uğurlardan söz açıb. Bildirib ki, ümumilikdə 37 ölkənin iştirak etdiyi çempionatda ölkəmiz 6 qızıl, 7 gümüş, 3 bürünc medal əldə ediblər: "Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) komandası İstanbulda keçirilmiş beynəlxalq kulinariya çempionatından medal və diplomlarla qayıdıb. Əldə edilən 16 medalın hər biri qızıl ola bilərdi. Buna görə də aşbazlarımız öz üzərilərində hələ çoxlu işləməlidirlər. Lakin bu da böyük nailiyyətdir. Təəssüf ki, komanda üzvləri öncədən qeydiyyatdan keçdiyinə və ödəniş etdiklərinə baxmayaraq 1 komanda yarışına (JPT1) və 4 fərdi yarışa (2-JP1, 2-Jp4) təşkilatçıların günahı üzündən buraxılmadılar. Yarışmada juriyə Almaniya sədrlik edirdi. Münsif qismində Azərbaycanı çempionatda mən təmsil edirdim. Onu da deyim ki, yayda Yunanıstanda, Xorvatiyada, Bosniya və Hersoqovinada, ABŞ-da yarışda iştirak edəcəyik".

Qeyd edək ki, Məmmədova Bəyim, Abdullayeva Tərlan, Kişiyev Tamerlan, Əsgərov Samir, Əhmədov Araz qızıl, Kərimli Leyla, Axundzadə İlyas, Abdullayev Pərviz, Əsgərov Samir, Salamov Ağa gümüş, Kişiyev Tamerlan, Cərullazadə Cərulla, Abdullayev Pərviz bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə