Rusiyanın mətbuat nümayəndələri Azərbaycanda səfərdədir

Rusiyanın mətbuat nümayəndələri Azərbaycanda səfərdədir

Rusiyanın "RİANOVOSTİ" xəbər agentliyi, "Voyage" turizm jurnalı, "alexcheban.livejournal.com" saytı, "İnterfaks" informasiya agentliyi, "bigpicture.ru" saytı və "Kommersant" nəşriyyat evinin nümayəndələrindən ibarət qrup Azərbaycanda səfərdədir. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində media nümayəndələri Şahdağ Turizm Mərkəzinə ziyarət etmiş və Azərbaycanın dağ-xizək turizm növü ilə yaxından tanış olublar.

Nəzərinizə çatydıraq ki, 29 yanvar tarixində Mədəniyyət və Turizm Nazirliyində Turizm şöbəsinin müdiri Aydın İsmiyevlə qeyd olunan nümayəndə heyəti arasında görüş keçirilib və Azərbaycanın turizm infrastrukturu və potensialı, regionların turizm imkanları, mədəniyyət və turizm sahəsi üzrə statistik göstəricilər, xarici ölkələrdən Azərbaycana turist axını, ölkəmizdə keçirilən festival və beynəlxalq tədbirlər, inkişaf etmiş turizm növləri və elektron viza tətbiqi barədə suallar cavablandırılıb.

Qeyd edək ki, media nümayəndələri "Avropa Oyunları 2015"-ə hazırlıq barədə də müxtəlif suallar veriblər. Qonaqların diqqətinə çatdırılıb ki, bu istiqamətdə işlərin həyata keçirilməsi üçün xüsusi Təşkilat Komitəsi yaradılmış və bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi də bir sıra işlər həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə