Bu gün kitabevim.az kitab marketində xalq yazıçısı Anarın "Göz muncuğu" kitabının imza günü və "Aybkitab"ın stendinin açılış mərasimi baş tutub. SİA-nın verdiyi məlumata görə, imza günündə yazıçı və şairlər, kitabsevərlər, media nümayəndələri və başqaları iştirak ediblər.
AYB-nin mətbuat katibi Xəyal Rza açaraq "Göz muncuğu" kitabı Yazıçılar Birliyinin "AYB Kitab" layihəsinin 4-cü işi olduğunu söyləyib.
Daha sonra kitabın redaktoru Pərvin Nurəliyeva çıxış edərək yazıçı Anarın "Göz muncuğu" kitabının bir müddət əvvəl Yazıçılar Birlyində də imza günün keçirildiyini diqqətə çatdırıb.
Nəzərinizə çatdıraq ki, "Göz muncuğu" kitabını oxucular müəllifin özü tərəfindən imzası ilə əldə ediblər.
Qeyd edək ki, "Göz muncuğu" kitabının redaktoru Pərvin Nurəliyeva, kompüter tərtibçisi və dizaynı Ələsgər Hüseynoğluna, korrektoru Könül Əyyubqızına məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB