Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək bu cür silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Bildirib ki, bugünkü tədbir həmin silsilədən sonuncudur.
Daha sonra "Baku Sinfonietta" orkestrin ifası təqdim edilib. Orkesrtin bədii rəhbəri beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.
Qeyd edək ki, proqramda Qara Qarayevin "İldırımlı yollarla" baletindən "Lay-lay", Tomaso Albinoninin "Adajio", İ.S.Baxın "Ariya" və "Fortepiano konserti", Edvard Qriqin "Ozenin ölümü", Samuel Barberin "Adajio" əsərləri səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB