Teatrda fləşmob olacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il həyəcanı davam edir. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabr ayının 25-dən start götürən yeni il şənlikləri hər gün yüzlərlə azyaşlı izləyicini sevindirməkdədir.

Teatrın yaradıcı kollektivi yeni il şənlikləri ilə paralel olaraq maraqlı flaşmob üzərində çalışır. Yeni ilin ilk günlərində, yanvar ayının 4-də saat 19.30-da teatrın qarşısında "Bakı Avropa Oyunları - 2015" ili çərçivəsində gəncləri və şəhərimizin qonaqlarını teatr-tamaşa müəssisələrinə cəlb etmək məqsədilə teatrın gənc aktyorlarının iştirakı ilə teatrallaşdırılmış fləşmob baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə