Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir tamaşanı təqdim edib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan xalq nağılı "Sehrli üzük"ün motivləri əsasında teatrın istedadlı gənc rejissorlarından olan Anar Məmmədovun səhnələşdirməsində hazırlanan eyniadlı tamaşa daxili baxışdan keçməklə tamaşaçıların ixtiyarına verilib.
Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbənin nümayişi kimi maraqlı detal zənginliyi ilə diqqəti cəlb edə bilib.
Özünün maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləcə bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.
Qeyd edək ki, uşaqlara qorxmazlıq və özünə inamı tərənnüm edən tamaşanın rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir.
Tamaşada rolları İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira Rəhimova, Cavid Telman oynayır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB