Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin "İraq-Türkman nağılları", "Elçin haqqında düşüncələrim" kitablarının və görkəmli alimə həsr olunmuş "Mənalı ömrün dastanı" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış, Qəzənfər Paşayev yaradıcılığından söz açaraq, məhsuldar əməyindən danışıb.
Daha sonra xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, müxbir üzv, millət vəkili Nizami Cəfərov, millət vəkili Qənirə Paşayeva, Nizami ad. Ədəbiyyat İnstitutunun şöbə müdiri, prof. Şirindil Alışanov, şairə, publisist Flora Xəlilzadə, şair, alim Ayaz Vəfalı, çıxış edərək başqaları Qəzənfər Paşayevin sənətindən və şəxsiyyətindən, əsərlərinin müxtəlif çalarlarından, yaradıcılığının mahiyyəti və miqyasından, yaratdığı əsərlərin xəlqiliyindən danışıblar.
Nəzərinizə çatdıraq ki, Qəzənfər Paşayev söz alaraq bu tədbirin keçirilməsində əməyi olan hər kəsə, onun ünvanına söylənən xoş sözlərə görə iştirakçılara öz təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirin sonunda iştirakçılar alimin yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB