Bu gün Yazıçılar Birliyinin Natəvan klubunda "Ən yaxşı şeir" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə AYB-nin sədri Anar Rzayev, AYB-nin birinci katibi Fikrət Qoca, AYB-nin gənclər üzrə katibi Rəşad Məcid, millət vəkili Aqil Abbas, şair Vaqif Bəhmənli, şair və yazıçılar, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB-nin gənclər üzrə katibi Rəşad Məcid bildirib ki, müsabiqə Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin birgə təşkil edilib: "Ən yaxşı şeir" müsabiqəsinin nəticələrinə uyğun olaraq ilk onluqda yer alan 10 şairin şeirlərindən ibarət almanax hazırlanıb. Yer alan bütün şerlər almanaxda yer alıb".
Yazıçılar Birliyinin sədri Anar Rzayev çıxış edərək mükafat alanları təbrik edib.
Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza çıxışında bildirib ki, bu gün həm də Yazıçılar Birliyinin rəsmi internet saytı olan ayb.az-ın 1 yaşı tamam olur. O həmçinin müsabiqədə qalib olan bütün iştirakçıları təbrik edib.
Daha sonra müsabiqənin qaliblərinin adları açıqlanıb. İbrahim Xəlil "Ən yaxşı şeir" müsabiqəsində birinci yerə layiq görülüb. Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Emin Piri, Həyat Şəmi, İntiqam Yaşar, Səyyarə Məmmədli, Şəbnəm Xeyrulla, Ələmdar Cabbarlı diplomla təltif ediliblər.
Nəzərinizə çatdıraq ki, "İlk uşaq şairi" diplomuna isə Qəşəm İsabəyli layiq görülüb.
Qeyd edək ki, sonda "10 şair 100 şeir" almanaxından şeirlər səsləndirilib.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB