Şaqal və Riveranın altı il əvvəl oğurlanmış rəsm əsərləri tapıldı

Şaqal və Riveranın altı il əvvəl oğurlanmış rəsm əsərləri tapıldı

ABŞ-ın Los-Anceles şəhərində polis departamenti və Federal təhqiqatlar bürosunun birgə keçirdiyi əməliyyat nəticəsində Mark Şaqal və Dieqo Riveranın altı il əvvəl oğurlanmış əsərləri tapılıb. Los Angeles Times qəzeti xəbər verir ki, oğurlanmış əsərlərin ümumi dəyəri 10 milyon dollardan çoxdur.

Əməliyyat Qərbi Los-Ancelesin otellərinin birində keçirilib. Xəfiyyələr əsərləri 700 min dollar nağd pula satmaq istəyən 45 yaşlı Raul Espinoza ilə şərti alıcı qismində əlaqə yaradaraq onu həbs ediblər.

Bu qiymətli rəsm əsərlər 2008-ci ildə Ensino şəhərinin (Kaliforniya ştatı) nüfuzlu yaşayış rayonunda bir kolleksiyaçının evindən oğurlanmışdı. Təhqiqat nəticəsində mətbəxin açıq pəncərəsindən evə daxil olan cinayətkarların aralarında Şaqal və Riveranın işlərinin olduğu 12 rəsm əsərini götürdükləri məlum olub.

Espinozaya qarşı oğurluq mal satmağa cəhd maddəsi ilə cinayət işinin açıldığı bildirilir./azərtac/

Bütün xəbərlər Facebook səhifəmizdə