“Azərbaycan – möcüzəli odlar yurdu”

“Azərbaycan – möcüzəli odlar yurdu”

Çexiya Milli Muzeyinin tərkib hissəsi olan Naprstek muzeyinin binasında davam edən "Azərbaycan – möcüzəli odlar yurdu" sərgisi çərçivəsində maarifləndirici tədbirlər keçiriləcək. SİA-nın verdiyi məlumata görə, 2015-ci il yanvarın 31-də elmlər doktoru Zdenka Klimtovanın "Azərbaycanın ənənəvi xalça toxunma sənəti" mövzusunda məruzəsi dinləniləcək. Daha sonra Azərbaycan xalça toxunma texnikasının növü olan "Sumax" xalçalarının toxunması əyani olaraq nümayiş etdiriləcək.

Gələn il fevralın 5-də magistr Adriana Stribrna dahi Azərbaycan şairi Nizami Gəncəvinin Şərq poeziyasına töhfələrindən, yeniliklərindən danışacaq, onun əsərlərində makedoniyalı İsgəndərin obrazının əks olunmasından söhbət açacaq.

Fevralın 12-də tarix üzrə fəlsəfə doktoru David Mayerin "Azərbaycan zirehləri və silahları" mövzusunda məruzəsi dinləniləcək.

Qeyd edək ki, "Azərbaycan – möcüzəli odlar yurdu" sərgisi gələn il fevralın 15-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə