Britaniyanın nüfuzlu "The Telegraph" qəzeti Azərbaycanın qədim çövkən oyununun YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasından bəhs edib. SİA-nın AzərTaca istinadən verdiyi məlumata görə, məqalədə, 2003-cü ildən YUNESCO-nun dünyadakı qeyri-maddi mədəni irslərin siyahısını tutduğu bildirilir. Dünaynın ən maraqlı adət-ənənələrinin sıralandığı siyahıda Azərbaycanın qədim çövkən oyununun özünəməxsus yeri olduğu bildirilir. Məqalədə, həmin siyahıdan seçilmiş müxtəlif ölkələrin qeyri-maddi mədəni irsləri oxucuların diqqətinə çatdırılır. Ekvador, İtaliya, Belçika, Peru, İspaniya və Türkiyənin yer aldığı qəzetin siyahısında Azərbaycan ilk sırada qeyd edilib. Yazıda həmçinin çövkən oyunu haqqında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan videoçarx yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB