Alim Qasımov və Fərqanə Qasımovanın konserti olacaq

Alim Qasımov və Fərqanə Qasımovanın konserti olacaq

Dünya şöhrətli muğam ifaçısı, Azərbaycanın xalq artisti, YUNESKO mükafatı laureatı, Beynəlxalq Nadir Səslər Assambleyasının üzvü Alim Qasımov və onun qızı Fərqanə Qasımovanın konserti olacaq. SİA-nın verdiyi məlumata görə, "Alim Qasımovun ansamblı"nda birlikdə çıxış edən Alim Qasımov və onun qızı Fərqanə Qasımova Beynəlxalq Dünya Musiqi Festivallarının fəxri qonağıdır. Onlar dünyanın ən məşhur səhnələrində (Barbikan konsert mərkəzi, 2008), (Karneqi-Holl, Nyu-York, 2010) çıxış edib.

Qeyd edək ki, konsert 14 noyabr, saat 20:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə