Ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən, 2014-cü ildə Qəbələ "Azərbaycanın Əfsanələr Paytaxtı", Balakən "Azərbaycanın Folklor Paytaxtı", Abşeron rayonu isə "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan edilib. SİA-nın verdiyi məlumata görə, təsdiq olunmuş plana uyğun olaraq oktyabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Abşeron rayonunun Heydər Əliyev Mərkəzdə "Abşeron - Azərbaycanın Sənətkarlıq Paytaxtı -2014" layihəsi çərçivəsində poeziya gecəsi keçiriləcək. Tədbirə tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin qatılacağı gözlənilir.
Qeyd edək ki, layihə çərçivəsində keçirilən tədbirlərin məqsədi xalq yaradıcılığının, milli adət-ənənələrin, xalq tətbiqi sənətinin, eyni zamanda regionların turizm potensialının tanıdılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB