Azərbaycannın nəşriyyat-poliqrafiya təşkilatlarının, tədqiqatçı və mütəxəssislərimizin də qatıldığı, Almaniya Federativ Respublikasının Frankfurt şəhərində keçirilən dünyanın ən nüfuzlu kitab sərgisi başa çatıb. SİA-nın verdiyi məlumata görə, sərgi zamanı milli stenddə Azərbaycanda işıq üzü görən kitab və digər nəşr məhsulları, habelə çox sayda turizm materialları nümayiş olunmuş və 2015-ci ildə paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarının geniş təbliğatı aparılıb. Yerli nəşriyyatlarımız – "Qələm" və "Altun kitab"ın əməkdaşları sərginin ingilis, italyan, türk, belarus, ukraynalı iştirakçıları ilə kitab sahəsində əməkdaşlıq görüşləri keçiriblər.
Habelə, Əməkdar İncəsənət Xadimi, şair Çingiz Əlioğlunun təqdimatı ilə qazax yazıçı Nemet Kelembetovun "Ümidimi itirmək istəmirəm" və "Oğluma məktublar" kitabları iştirakçılara çatdırılıb. Tədbir Qazaxıstan nümayəndə heyəti ilə birgə təşkil olunub.
Sərgi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 220 illik yubileyi qeyd edilən görkəmli şair Mirzə Şəfi Vazehlə bağlı tədbir keçirilmişdir. Alman ictimaiyyəti, Azərbaycan, Türkiyə diasporalarının təmsilçiləri və MDB ölkələrindən nümayəndələrin qatıldığı tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, şair Çingiz Əlioğlu və M. Ş. Vazeh irsinin tədqiqatçısı, AMEA-nın Gəncə bölməsinin elmi işçisi Elnur Həsənov şairin yaradıcılığı barədə ətraflı məlumat veriblər. M. Ş. Vazehin tədbir zamanı sərgilənən nadir əlyazmaları böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB