I Beynəlxalq Teatr Festivalına start verilib

Şəkidə I Beynəlxalq Teatr Festivalına start verilib. SİA-nın məlumatına görə, festivalda həm dünya, həm də yerli klassiklərin əsərləri nümayiş olunacaq. 4 gün davam edəcək festivalda MDB ölkələrindən gəlmiş teatr kollektivləri də öz bacarığını nümayiş etdirəcək.

Şəkidə ilk dəfə keçirilən Beynəlxalq Teatr Festivalı çərçivəsində əvvəlcə Azərbaycan milli teatrının 142-ci mövsümünün açılışı oldu. Festivalın ilk günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında görkəmli dramaturq M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri nümayiş olundu.

Belə bir beynəlxalq tədbirin regionlarda keçirilməsi ənənəsinə başlanılması isə yüksək qiymətləndirilir.

"Bu, bizim ilk təəcrübəmizdir ki, Beynəlxalq Teatr Festivalına məhz mövsümün əvvəlində başlayırıq və özəliklədə bunu Şəkidə həyata keçiririk", mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib.

Festival çərçivəsində Şəki Dram Teatrının foyesində teatrın fəaliyyətini və görkəmli gülüş ustası Lütfəli Abdullayevin həyatı yolunu əks etdirən fotosərgi də nümayiş olunur. Festival günlərində həmçinin Lütfəli Abdullayevin yubileyinin keçirilməsi və büstünün açılması planlaşdırılır.

Festival sentyabrın 19-a kimi davam edəcək. Festivala ölkəmizin 12 teatrının kollektivilə yanaşı Kalmıkiya Respublikasının Milli Dram Teatrı və Qazaxıstan Dövlət Uşaq və Gənclər Teatrının yaradıcı heyəti qatılacaq. /anspress/

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...